Əfqanıstanda partlayış nəticəsində 30 nəfər öldü
Kateqoriya məlum deyil
Əfqanıstanın Lövgər əyalətinin mərkəzində, Puli Aləm şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində təxminən 30 nəfər ölüb və azı, 60 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə cümə günü "Pajhwok” agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat verib.
Əldə olunan məlumata görə, avtomobil hospital yaxınlığında partladılıb.






