Türkiyədə bu gün 394 nəfər COVID-19-dan vəfat etdi

Türkiyədə bu gün 394 nəfər COVID-19-dan vəfat etdi
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 394 nəfər həyatını itirib.

Sfera.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxmaya görə, 265 287 nəfər test edilib, onlardan 31 891 nəfərin koronavirus testi pozitiv nəticə verib,  68 183 nəfər sağalıb, 3 534  koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 40 131 nəfər ölüb.    

Türkiyədə indiyədək  4 820 591 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 323 897-si müalicə  olunub.

OXŞAR XƏBƏRLƏR