Türk Şurasından Qırğızıstan və Tacikistana ÇAĞIRIŞ

Türk Şurasından Qırğızıstan və Tacikistana ÇAĞIRIŞ
"Türk Şurası xüsusıən Qırğızıstan tərəfinin sülhün yenidən bərpasına verdiyi töhfələri göz önünə alaraq, tərəfləri ehtiyatlı olmağa davam etməyə və gərginliyin daha da artmasına yol aça biləcək hər hansı bir hərəkətdən qaçmağa çağırır”.

Sfera.az xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev deyib.

Onun sözlərinə görə, Qırğızıstan-Tacikistan sərhədində yaşanan gərginliklər diplomatik müzakirələr və dostyana fikir mübadiləsi yolu ilə həllini tapmalıdır:

"Vəziyyətin sabitliyə qovuşması üçün tərəfləri tədbirlər görməyə çağırırıq.

Qırğızıstan-Tacikistan sərhədindəki su paylama şəbəkəsini idarə etmək üçün çıxan qarşıdurmalarda hər iki tərəfdən insan tələfatına yol açan vəziyyətin pik həddə doğru irəliləməsini narahatlıqla öyrəndik”.

O, tərəflərin müzakirələrdən sonra atəşkəs əldə etmələrindən məmnunluğunu dilə gətirib:

"Türk Şurası təşkilatın qurucu üzvü olan qardaş Qırğızıstanla mövzu haqqında yaxın təmasda olmağa davam edəcək”.

OXŞAR XƏBƏRLƏR

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...