Boris Consonun telefon nömrəsi 15 ildir internetdə imiş...
Böyük Britaniyanın Baş naziri Boris Consonun şəxsi mobil telefon nömrəsinin 2006-cı ildən bəri internetdə ümumi istifadədə mövcud olduğu ortaya çıxıb.
Sfera.az xəbər verir ki, telefon nömrəsi hələ də onlayn olaraq əldə edilə bilir.
İşçi partiyasının millət vəkili Raçel Hopkins baş nazirin telefon nömrəsinin internetdə ümumi istifadədə olmasının bəzi təhlükələr yarada biləcəyini bildirib. R.Hopkins bu baxımdan lobbi fəaliyyəti və şantaj riskinin yüksək olacağını qeyd edib.
Böyük Britaniya Baş Nazirliyi isə mövzu ilə əlaqədar indiyədək hər hansı açıqlama verməyib.
Digər tərəfdən, ölkənin aparıcı media qurumu "BBC” nömrəyə bir neçə dəfə zəng etsə də, düşə bilməyib. Qeyd olunub ki, hazırda sözügedən nömrəyə yalnız mətn mesajı göndərmək mümkündür.
İnci
Sfera.az






