NATO-nun Rusiya planı- Putin təhlükədə

NATO-nun Rusiya planı- Putin təhlükədə
NATO böyük səylə Şərqi Avropadakı keçmiş sovet hərbi bazalarına öz qoşunlarını yerləşdirir.

 


ANS PRESS-in məlumatına görə, son vaxtlar alyansın hərbi qulluqçularının sayı 19 dəfə artıb. Federasiya Şurası NATO-nun bununla Rusiyaya zərbələr endirməyə hazırlaşdığını istisna etmir.

"Onların qlobal zərbələr konsepsiyası çərçivəsində çox ciddi planları var. NATO Baltikyanı ölkələrdə, Polşa, Rumıniyadakı bizim keçmiş sovet bazalarını ayağa qaldırır, orada hərbi qüvvələr yerləşdirir. Onlar vəziyyəti gərginləşdirmək və Rusiyanı təcavüzkar ölkə kimi göstərmək üçün fəaalaşıblar",- deyə Federasiya Şurasının senatoru Frants Klintseviç bildirib.

O, həmçinin qeyd edib ki, Şimali Atlantika alyansının Rusiya sərhədlərində aktivliyi artmaqda davam edir.

"Biz NATO-nun hərbi fəallığını nəzərə alaraq öz döyüş vasitələrimizi gücləndirəcəyik. Əlbəttə ki, bu ilk növbədə raketə əleyhinə müdafi sistemi olan ölkələri təhlükə altında qoyur. Biz bunu gizlətmirik",- deyə senator vurğulayıb.

Bir sözlə, Moskva hələ ki, NATO-nun hərbi aktivliyindən narahat deyil. Senatorun fikrincə, onlar öz hərəkətləri ilə ancaq "vəziyyəti gərginləşdirmək" istəyirlər.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, NATO-nun Şərqi Avropada raketdən müdafiəsini genişləndirməsindən sonra Rusiya böyük təhlükənin mövcudluğu haqqında düşünməlidir.

"Biz amerlikalı həmkarlarımıza birgə əməkdaşlıq təklifləri etsək də, rədd edilib",- deyə Putin vurğulayıb.

Həmçinin NATO və Rusiya arasında silahlanma rəqabəti gedir. Bir müddət əvvəl Rusiya Kalininqrad vilayətində hərbi qüvvələrini artırıb, orada "İsgəndər-M” operativ-taktiki raketləri və S-400 zenit-raket kompleksləri yerləşdirib. 

Ötən ay NATO-nun müttəfiq qüvvələri baş komandiri, general Kurtis Skaparrotti Rusiyaya müharibə xəbərdarlığı edib. O demişdi ki, Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək. 

Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.

Həmçinin NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav aprelin əvvəlində mətbuata açıqlamasında deyib ki, Putin sərhədi keçərsə, qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.


OXŞAR XƏBƏRLƏR

Bayramov Səidovla görüşdü: İsrail-İran gərginliyi...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyas...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun t...

Prezident İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam inzalayıb.   Sfera.az xəbər verir ki, sərəncama əsasən, dövlət q...

Ölümdən sonra yenidən doğuluruq? - Quranda bildirilir ki...

İnsan ruhunun bir bədəndən ayrıldıqdan sonra başqa bir bədəndə yenidən doğulduğuna inananların sayı artmaqdadır. Bu anlayış reinkarnasiya adlanır və qədim zaman...

Prezident onu vəzifədən azad etdi - SƏRƏNCAM​​​​​​​

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu...

Qaçırıldığı deyilən Nəzrin: Sevib getmişəm

Abşeron rayonunda 16 yaşlı Nəzrin Babayevanın qaçırılması ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi rezonans doğurub. Hadisəyə görə ittiham olunan şəxs Aşağ...