Logo

Qırğızıstanda operativ qərargah yaradıldı

Qırğızıstanda operativ qərargah yaradıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qırğızıstan hökuməti Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxlamaq üçün operativ qərargah yaradıb.

Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Uluqbəy Maripovun tapşırığı ilə Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyəti əlaqələndirmək və izləmək üçün əməliyyat qərargahı yaradıldı. Qərargahın iclası zamanı Qırğızıstan Respublikası hökumətinin vəziyyəti həll etmək və öyrənmək üçün bütün tədbirləri gördüyü qeyd edildi”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının öldüyü, 31-nin yaralandığı bildirilir.

Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının öldüyünü, 31 nəfərin yaralandığını elan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR