Logo

Gərginlik pik həddə: ABŞ donanması yaxın manevr edən İran gəmilərinə XƏBƏRDARLIQ ATƏŞİ AÇDI

Gərginlik pik həddə: ABŞ donanması yaxın manevr edən İran gəmilərinə XƏBƏRDARLIQ ATƏŞİ AÇDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və İran arasında daha bir gərginlik yaşanıb.

Sfera.az bildirir ki, ABŞ İrana aid üç sürət gəmisinin ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Firebolt və Sahil Mühafizəsinin qayığı Baranoffa yaxınlaşması zamanı xəbərdarlıq atəşi açıb.

ABŞ Hərbi Donanmasının məlumatına görə, İrana aid gəmilərə birdən artıq xəbərdarlıq edilsə də, hərəkətə davam edib, nəticədə ABŞ atəş açmaq məcburiyyətində qalıb.

"Firebolt və Baranoff hadisə baş verəndə beynəlxalq sularda müntəzəm dəniz təhlükəsizliyi əməliyyatlarını həyata keçirirdi. ABŞ heyəti göyərtədən göyərtəyə səs-küylü cihazlar vasitəsilə çoxlu sayda xəbərdarlıq etsə də, İran gəmiləri yaxın manevrlərinə davam etdilər" - , deyə açıqlamada qeyd edilib.

Bildirilib ki, atəş açandan sonra İran ordusunun gəmiləri Amerika gəmilərindən təhlükəsiz məsafəyə uzaqlaşıb.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR