Logo

Bu ölkənin vətəndaşlarına qoyulan səyahət məhdudiyyətləri aradan qaldırıldı

Bu ölkənin vətəndaşlarına qoyulan səyahət məhdudiyyətləri aradan qaldırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Avropa Birliyinin üzvü olan 27 ölkə yay aylarından etibarən vaksin vurduran bütün ABŞ vətəndaşlarına qoyulan səyahət məhdudiyyətlərini aradan qaldıracaq.

Sfera.az bildirir ki, bu baxımdan "Avropa Birliyinin təsdiqləmədiyi vaksinləri vurduranlar Avropaya səyahət edə biləcəklərmi?” sualı yenidən gündəmə gəlib.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bununla bağlı ABŞ mediasına açıqlama verib. O bildirib ki, 27 ölkə yalnız EMA-nın təsdiqlədiyi vaksinləri vurduranları qəbul edəcək. "Pfizer-BioNTech, Moderna və Johnson & Johnson kimi peyvəndlər isə EMA (Avropa Dərman Preparatları Agentliyi) tərəfindən təsdiqlənib”, – deyə o bildirib.

Qeyd edək ki, EMA Rusiyada istehsal edilən "Sputnik V” və Türkiyədə tətbiq edilən Çin vaksini "Sinovac”ı hələ təsdiqləməyib. ABŞ-da isə Avropa Dərman Preparatları Agentliyinin təsdiqlədiyi vaksinlərdən istifadə edilir.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR