Britaniyada son sutkada 2,8 minədək insan koronavirusa yoluxdu
Kateqoriya məlum deyil
Böyük Britaniyada son sutka ərzində 2678 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 401 109 nəfərə çatıb.
Sfera.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 40 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 385 nəfərə çatıb.
Aytən Abbaslı






