Logo

Navalnının həkimlərindən son xəbərdarlıq: "Bir az da davam edərsə, öləcək"

Navalnının həkimlərindən son xəbərdarlıq: "Bir az da davam edərsə, öləcək"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rus müxalifətçi Aleksey Navalnının həyati təhlükəsi var.

Sfera.az bildirir ki, bu barədə Navalnının həkimləri məlumat veriblər.  Belə ki, onun aclıq aksiyasını dayandırmayacağı halda, ölə biləcəyi deyilib.  Həkimlər  20 apreldə edilən analizin nəticələrindən sonra bu qənaətə gəliblər.

"Aclıq aksiyası bir az da davam edərsə, müalicə etməyə adam da qalmayacaq”, - deyə onlar xəbərdarlıq ediblər.

Qeyd edək ki, rus müxalifətçi Aleksey Navalnı həbsxana şəraitinin və pis rəftarın olduğunu iddia edərək 31 martda aclıq aksiyasına başlayıb. Daha sonra vəziyyəti pisləşən Navalnı xəstəxanaya yerləşdirilib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR