Logo

Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır

Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya- Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.

Sfera.az "T24”ə istinadən xəbər verir ki, Rusiya tərəfindən tranzit yavaşladığı üçün 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini qeyd ediblər.

4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir. Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR