Logo

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı

İsveç səfiri Türkiyə XİN-ə çağırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsveçin Türkiyədəki səfiri Stefan Herstroma Xarici İşlər Nazirliyinə çağırılıb.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, İsveç xarici işlər naziri Ann Lindenin terror ünsürləri ilə görüşməsi və İsveç müdafiə naziri Peter Hultqvistin terrorçu liderlərlə onlayn görüşməsi ilə bağlıdır.

Səfirə Türkiyə hökumətinin məsələ ilə bağlı narahatlığı çatdırılıb.

Bundan başqa, İsveçin Suriyanın şimal-şərqində PKK/YPG terror təşkilatının tabeliyindəki separatçı Suriya Demokratik Qüvvələri və Suriya Demokratik ,urası ilə son zamanlar ictimaiyyətə açıq şəkildə təmaslarını artırmasından duyulan narahatlıq ifadə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR