Lukaşenko ilə Putinin görüşü olacaq
Kateqoriya məlum deyil
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont "RİA Novosti”yə bildirib.
"Belarus və Rusiya prezidentlərinin görüşü hazırlanır”, - deyə Eysmont bildirib.
Xatırladaq ki, Lukaşenko daha əvvəl Putinlə görüşün aprelin 22-də Moskvada planlaşdırıldığını açıqlamışdı.






