Logo

ABŞ-dan Rusiyaya gözdağı: "Navalnı ölsə, nəticəsi ağır olacaq..."

ABŞ-dan Rusiyaya gözdağı: "Navalnı ölsə, nəticəsi ağır olacaq..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ rusiyalı müxalifət lideri Aleksey Navalnının aclıq aksiyasına qarşı Rusiyaya xəbərdarlıq edib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Navalnının öləcəyi təqdirdə bunun nəticəsinin olacağı bildirilib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyk Sallivan CNN-ə verdiyi müsahibədə: "Navalnı ölsə , qarşı necə addım atacağımıza baxırıq. Hazırda hansı sanksiyaların olacağını sizinlə paylaşa bilmərəm, amma bunun Rusiya üçün  nəticələrinin olacağını bildirmişdik", - deyə qeyd edib.

Bundan başqa aclıq aksiyasına qarşı Avropa Birliyi, ABŞ, Berlin, Fransa və Almaniya Kremli hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, Navalnının tərəfdarları "Həyatını Qurtarın" şüarı ilə Rusiyada 21 aprel tarixində etiraz aksiyası keçirəcəklər.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR