Logo

Daha bir ölkə rusiyalı diplomatları deportasiya etdi

Daha bir ölkə rusiyalı diplomatları deportasiya etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfirliyində çalışan 3 rus diplomatının "persona non qrata" elan edildiyini və barələrində deportasiya qərarı alındığını açıqlayıb.

Sfera.az xəbər verir ki, nazirliyin verdiyi açıqlamada Rusiya səfirinin nazirliyə çağırıldığı və 3 diplomatın deportasiya qərarının ona bildirildiyi qeyd edilib.

Açıqlamada sözügedən diplomatların diplomatik çərçivələri pozaraq Polşaya ziyan vuran fəaliyyətlər göstərdikləri diqqətə çatdırılıb.

Bəyanatda Polşanın Rusiyaya qarşı verdiyi qərarlarla əlaqədar olaraq ABŞ-la tam həmrəy olduğu bildirilib.

Xatırladaq ki, dünən ABŞ Prezidenti Co Bayden kiberhücum cəhdi və prezident seçkilərinə müdaxilə ilə əlaqəsi olan 10 rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR