Logo

Ermənistan Prezidenti Gürcüstanda səfərdədir

Ermənistan Prezidenti Gürcüstanda səfərdədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstana rəsmi səfər edib.

Sfera.az "Spuntik Gürcüstan”a istinadən xəbər verir ki, həyat yoldaşı Nune Sarkisyanla Tbilisiyə gedən Armen Sarkisyanı Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Gürcüstan Prezidentinin İcra Aparatının rəhbəri Natia Sulava və Gürcüstanın Ermənistandakı səfiri Georgi Saqanelidze qarşılayıblar.

Səfər çərçivəsində Ermənistan və Gürcüstan Prezidentləri arasında geniş tərkibdə üzbəüz görüş planlaşdırılır. Bundan sonra Armen Sarkisyan və Salome Zurabişvili birgə mətbuat konfransı keçirəcək.

Bundan əlavə, Sarkisyanın Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR