Logo

"ABŞ prezidentinin belə bir ifadə işlədəcəyini düşünmürük" - Mövlud Çavuşoğlu

"ABŞ prezidentinin belə bir ifadə işlədəcəyini düşünmürük" - Mövlud Çavuşoğlu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərər alarsa belə bir qərar (qondarma erməni soyqırımını nəzərdə tutur-red.) verməz”.

Sfera.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.

ABŞ prezidenti Cozef Baydenin qondarma erməni soyqrımını tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandıran XİN başçısı deyib: "ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. ABŞ kimi bir ölkə başqa ölkələrə bir çox xatırlatmalar edir. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal - tutaq ki qəbul etdi. Bir siyasətçinin belə bir ifadə işlətdiyi üçün vəziyyət dəyişmir. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”.

Qeyd edək ki, ABŞ əvvəlki prezidentləri 1915-ci ilin aprel hadisələri barədə danışanda soyqrım ifadəsi işlətməyiblər. Keçmiş prezidenti Donald Tramp bu tarixdə baş verənləri "böyük fəlakət” adlandırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR