Logo

ATƏT sədri və Lavrov Ukrayna məsələsini müzakirə etdi

ATƏT sədri və Lavrov Ukrayna məsələsini müzakirə etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde və Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın şərqindəki vəziyyəti telefonla müzakirə ediblər.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

"Kiyevin təmas xəttinə əsgər və silah yerləşdirməsi, Ukrayna Silahlı Qüvvələrinin Donetslə Luqansk ətrafındakı yaşayış yerlərinə hücum təşkil etməsi gərginliyə və narahatlığa səbəb olur.

Rusiya bu məsələnin Minsk sazişləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. Tərəflər bu sazişə əməl etməlidirlər”, açıqlamada deyilir.

Açıqlamada A.Lindenin "Ukraynanın öhdəliklərini yerinə yetirməsi” istiqamətində lazım olan təşəbbüsləri göstərəcəyini söylədiyi bildirilib.

ATƏT-in Donbas xəttinin hər iki tərəfində də vəziyyəti tərəfsiz şəkildə müşahidə etmək istiqamətində addımlar atmasının zəruriliyi ifadə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR