Putinə peyvəndin ikinci dozası da vuruldu - Hansı peyvənd olduğu gizli qalır...

Putinə peyvəndin ikinci dozası da vuruldu - Hansı peyvənd olduğu gizli qalır...
Rusiya prezidenti Vladimir Putin COVID-19 əleyhinə peyvəndin ikinci dozasını da vurdurub.
 
Sfera.az xəbər verir ki, bu barədə Rusiya lideri özü açıqlama verib. 

O, video-konfrans formatında baş tutan görüşdə, "Sizə demək istəyirəm ki, bu zala girməmişdən əvvəl ikinci peyvənd dozasını vurdurdum. Əminəm ki, hər şey yaxşı olacaq. Ümid edirəm ki, pandemiya tətbiq etdiyimiz peyvəndləmə sayəsində tezliklə təsirini itirəcək", - deyə bildirib.

Qeyd edək ki, V. Putinə peyvəndin ilk dozası martın 23-də vurulmuşdu.

Rusiya prezidentinə ölkəsində hazırlanmış üç koronavirus əleyhinə peyvənddən birinin vurulduğu bilinsə də, onun adı ictimaiyyətə açıqlanmır.

Rusiyada bu günə qədər üç koronavirus peyvəndi ölkənin səhiyyə orqanları tərəfindən təsdiqlənib. Həmin peyvəndlər "Sputnik V”, "Epivakkorona” və "Kovivak”dır. Bununla bərabər Rusiya prezidentinə ilk iki peyvənddən birinin vurulduğu düşünülür, çünki üçüncü növ peyvəndin 60 yaşdan yuxarı insanlara vurulması təsdiqlənməyib.

Əzizə
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...