Ruhani: "Sionistlər İrana qarşı addım atsalar, biz də cavab verəcəyik"

Ruhani:
İran prezidenti Həsən Ruhani İsrailin ölkəsinə qarşı addım atacağı təqdirdə lazımi cavabı verəcəklərini deyib.
 
"Siz danışıqlarda əllərimizin boş olmasını istəyirsiniz, amma biz əlləri dolu halda gəlirik", - deyə, o bildirib.

Sfera.az xəbər verir ki, paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasından sonra danışan H. Ruhani nüvə anlaşması və "Natanz” nüvə zavoduna edilən hücumla əlaqədar fikirlərini bölüşüb.

"Natanz” nüvə zavoduna edilən hücumun "İsrailin işi" olduğunu irəli sürən H. Ruhani təhlükəsizlik və kəşfiyyat orqanlarının bu haqda son hesabatı təqdim etməli olduqlarını qeyd edib.

İran prezidenti, "Sizi iki dəfə vurduq. Birinci dəfə IR6 santrifüjləri ilə, ikinci dəfə isə uranı 60% zənginləşdirərək. Aydındır ki, dayanmayacağıq. Əgər İranın sülhsevər texnologiyasını pozmaq istəyirsinizsə, bunun çərçivəsində addımlarımızı atacağıq. Sizin işiniz nüvə terrorizmidirsə, bizimki qanunidir”, - deyə, ölkə başçısı diqqətə çatdırıb.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR