Logo

Navalnı həbsxana rəhbərliyini məhkəməyə verdi - “Qurani-Kərim”ə görə

Navalnı həbsxana rəhbərliyini məhkəməyə verdi - “Qurani-Kərim”ə görə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Navalnı ona "Qurani-Kərim" kitabını verməkdən imtina edən həbsxana rəhbərliyini məhkəməyə verib.

Sfera.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi özünün "Instagram” hesabında yazıb.

O, yazılı açıqlamasında həbsxanada özünü inkişaf etdirmək üçün qarşısına müxtəlif hədəflər qoyduğunu bildirib. Məqsədlərindən birinin də "Qurani-Kərim”i və Məhəmməd peyğəmbəri dərindən anlamaq olduğuna işarə edən Navalnı, "Mənə Quran vermirlər. Bu, son dərəcə zəhlətökən bir şeydir", - deyə qeyd edib.

Ətrafındakı hər kəsin islam və müsəlmanlar haqqında danışdığını bildirən A.Navalnı, "Müsəlman olmayan rusiyalı siyasətçilər arasında "Qurani-Kərimi” ən yaxşı bilən siyasətçi olmağa qərar verdim. Həmçinin, Quranı mütaliə etməyimin bir xristian olaraq inkişafıma kömək edəcəyinin fərqinə vardım", - deyib.

Həbsxanaya gələrkən özü ilə çoxlu kitab gətirdiyini və hamısının ekstremizm nəzarətindən keçdiyini diqqətə çatdıran A.Navalnı bu yoxlamaların 3 ay çəkdiyini, "Qurani-Kərim”in həmin nəzarət mexanizmindən keçməsini axmaq, qanunsuz addım adlandırıb.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR