İranda COVID-19-un dördüncü dalğası başladı

İranda COVID-19-un dördüncü dalğası başladı
İranda koronavirus epidemiyasının 4-cü dalğasının başlaması ilə əlaqədar olaraq ictimai nəqliyyat daxil olmaqla bazar və iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Sfera.az xəbər verir ki, Prezident Həsən Ruhani İranda koronavirusun 4-cü dalğasının başladığını elan etdikdən sonra təcili tədbirlər hazırlanaraq həyata keçirilib. İranda toy və yas mərasimlərinin keçirilməsi, kütləvi namazlar, eləcə də bazar və ticarət mərkəzlərinin fəaliyyəti 10 gün müddətində qadağan edilib.

Qeyd edək ki, son 24 saat ərzində İranda 22 min 478 nəfərin koronavirusa yoluxması qeydə alınıb, 155 nəfər isə həyatını itirib. İranda koronavirusa yoluxub ölənlərin sayı 64 min 39 nəfərə çatıb.

Rəsmi qeydiyyatda olan xəstə sayı 2 milyon 29 min 412 nəfərdir. İran xəstəxanalarında yer olmadığı üçün həkimlər yoluxan xəstələrə internet vasitəsilə məsləhət verirlər.

OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...