Logo

İsrail ABŞ-ın Fələstinə yardımından incidi: "Xəyal qırıqlığına uğradıq"

İsrail ABŞ-ın Fələstinə yardımından incidi: "Xəyal qırıqlığına uğradıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-ın eks-prezidenti Donald Trampın dayandırdığı Fələstinə yardımlar yeni ABŞ prezidenti Co Bayden tərəfindən bərpa edilib. 

Sfera.az xəbər verir ki, mövcud qərardan sonra İsraildən ABŞ-a reaksiya gecikməyib. Rəsmi mənbələrin verdiyi açıqlamada, "Qərar bizi məyus etdi”, - deyə qeyd edilib.

İsrail Xarici İşlər Nazirliyi yardımı həyata keçirən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyini (UNRWA) münaqişəni daha da qızışdırmaqda günahlandırıb.

Digər tərəfdən, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan ABŞ-ın Fələstinə dəstək qərarını "xəyal qırıqlığı" olaraq qiymətləndirib.

"ABŞ Dövlət Departamenti ilə apardığım danışıqlarda təxribatın dayandırılması və antisemitizm məzmununun tədris proqramından çıxarılması da daxil olmaqla UNRWA-nın yenidən maliyyə yardımını başlatmaq qərarından məyus olduğumu və bunu rədd etdiyimi bildirdim”, - deyə Gilad Erdandiqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 150 milyon dollardan çox yardım edəcəyini açıqlayıb.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR