Logo

Uşaqlara qarşı peyvənd dayandırıldı - Bu problemlər yaranır...

Uşaqlara qarşı peyvənd dayandırıldı - Bu problemlər yaranır...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniyada uşaqların koronavirusa qarşı peyvəndi dayandırılıb.

Sfera.az xəbər verir ki, Böyük Britaniyada "Oxford” və "AstraZeneca” tərəfindən ortaq şəkildə hazırlanan COVID-19 əleyhinə peyvəndlə bağlı böhran davam edərkən qan laxtalanması səbəbilə uşaqlar üzərində edilən sınaqların dayandırıldığı açıqlanıb.

Bu haqda qərar peyvənddən sonra 7 nəfərin gözlənilməz şəkildə qan laxtalanmasından həyatını itirməsindən sonra verilib.

"Oxford Universiteti”nin professoru Andryu Pollard ölkə mətbuatına verdiyi açıqlamada peyvəndlə bağlı yaradılmış qrupun bu haqda daha çox informasiya gözlədiyini və peyvəndlə əlaqədar hər hansı təhlükəsizlik probleminin olmadığını söyləyib.

Böyük Britaniyanın Dərman və Sağlamlıq Məhsullarını Tənzimləmə Təşkilatı ölkədə 7 nəfərə "Oxford” və "AstraZeneca” tərəfindən hazırlanan peyvənd vurulduqdan sonra onların qan laxtalanmasından öldüyünü təsdiqləyib. Qurum tərəfindən verilən açıqlamada 9 dekabr 2020 - 21 mart 2021 il tarixlərini əhatə edən hesabatda peyvəndlənmiş 18 milyon insandan 30-da qan laxtalanması müşahidə olunduğu və bunlardan 7 nəfərin öldüyü bildirilib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR