Bu ölkədə karantin tədbirləri sərtləşdirildi

Bu ölkədə karantin tədbirləri sərtləşdirildi
Argentina hökuməti koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirlərini sərtləşdirmək və gecə saatlarında sakinlərin sərbəst hərəkətini qadağan etmək qərarına gəlib.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Prezidenti Alberto Fernandes bildirib.

"Biz bütün ölkədə tətbiq olunacaq bir sıra tədbirləri təsdiqlədik. Bundan əlavə, epidemiya təhlükəsi yüksək və orta səviyyədə olan ərazilər üçün ayrı-ayrı tədbirlər olacaq”, - o, videomüraciətdə deyib.
 
Prezidentin sözlərinə görə, bütün ölkədə qrup şəklində turist səfərləri, 20-dən çox insanın iştirak etdiyi toplantılar, qapalı məkanlarda 10-dan çox insanın olduğu halda kazinonun işi və idmanla məşğul olmaq qadağan ediləcək. "Bar və restoranlar 23:00-dan gec olmayaraq bağlanacaq. 00:00-06:00 arası küçələrdə hərəkət etmək qadağan olunacaq”, - Fernandes bəyan edib.

Yeni məhdudiyyətlər azı üç həftə qüvvədə olacaq.

İndiyədək ölkədə koronavirusa 2 450 068 nəfər yoluxub, 56 832 xəstə pandemiyanın qurbanı olub.


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...