Erməni ailəsindən Rusiyaya qarşı MÜLKİ İDDİA
Avetisyan ailəsinin qətlinə dair cinayət işi üzrə Gümrüdə keçirilən məhkəmə prosesində mülki iddianın irəli sürülməsi haqqında vəsatət qaldırılıb.
Sfera.az report-a istiadən bildirir ki, cavabdeh qismində Rusiya Federasiyası göstərilib.
Vəsatəti zərərçəkmişlər Anait Koştoyan, Lusine Avetisyan, Narine Poqosyan və Andranik Poqosyanın maraqlarını təmsil edən vəkil Aramzad Kiviryan səsləndirib.
O qeyd edib ki, rusiyalı hərbçi Valeri Permyakov Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirib, onların arasında 2 uşaq da olub. Bununla da BMT konvensiyası ilə təsdiq olunmuş yaşamaq hüququ pozulub. Onun sözlərinə görə, konvensiyanın iştirakçısı olan Rusiya cavabdeh qismində çıxış edir və Gümrüdəki Rusiya bazasının nümayəndələrinin hərəkətlərinə görə məsuliyyət daşıyır.
İddianın həcmi ailənin hər böyük üzvü üçün 50 min avro, hər uşaq üçün 100 min avro kimi dəyərləndirilir.
Məhkəmənin növbəti iclası iyunun 30-na təyin olunub.
Qeyd edək ki, 2015-ci il yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 6 üzvü qətlə yetirilib, 1 yaş 6 aylıq uşaq yaralanıb. Həmin uşaq bir həftə sonra xəstəxanada keçinib. Həmin gün cinayətdə şübhəli bilinən rusiyalı hərbçi Valeri Permyakov saxlanıb.