Mən yenə Gürcüstana qayıdacam - Pozner
Sfera.az xəbər verir ki, bunu rusiyalı teleaparıcı Vladimir Pozner deyib.
"Belə başa düşürəm ki, Gürcüstanda kəskin siyasi mübarizə gedir. Müxalifət də mənim gəlişimdən istifadə etdi. Mənim Abxaziya haqqında 3 il əvvəl dediklərimi xatırlayaraq avtobusumuza yumurta atdılar, olduğumuz restoranın yanında səs-küy saldılar, otelimizin eyvanın altında qışqırdılar. Dostlarımı təhlükəyə atmamaq üçün getməyə qərar verdim. Tam aydınlığı ilə bildirmək istəyirəm ki, mən gürcülərdən inciməmişəm. Ümumiyyətlə, mən fəxri kaxetiyalıyam, sözsüz yenidən Gürcüstana qayıdacam”, - Pozner bildirib.
Qeyd edək ki, ötən həftə ad gününü qeyd etmək üçün Tiflisə gələn rusiyalı aparıcı Vladimir Pozner ona olan aqressiv etirazlar səbəbindən səfərini yarımçıq qoyaraq, təcili ölkəni tərk etmişdi.






