Logo

Nigeriyada həbsxanaya hücum oldu, 1500 məhbus qaçdı

Nigeriyada həbsxanaya hücum oldu, 1500 məhbus qaçdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nigeriyada naməlum silahlıların hücumu nəticəsində 1500 məhbus həbsxanadan qaçıb, azı 1 polis əməkdaşı ölüb.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Vanguard” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə aprelin 5-də Nigeriyanın cənubunda yerləşən İmo ştatının Overri şəhərində mərkəzi həbsxanada baş verib.

Məlumata görə, hücum edən silahlılar həbsxananı bir neçə saat nəzarətdə saxlayıblar. Onların həbsxanaya hərbi maşınlarla gəldikləri bildirilib.

Hadisə yerinə əlavə hərbi qüvvə cəlb edilib. Qaçan məhbuslarla bağlı əməliyyat-axtarış tədbiri keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR