Logo

Vaksin olunan prezident koronavirusa YOLUXDU

Vaksin olunan prezident koronavirusa YOLUXDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Argentina prezidenti Alberto Fernandez yüngül qızdırma və baş ağrısı şikayətləri səbəbilə etdirdiyi koronavirus (COVID-19) testinin müsbət olduğunu açıqlayıb.

Sfera.az xəbər vedir ki, ölkə başçısı bu barədə "Twitter” hesabında yazıb:

"Bu gün 37.3 qızdırmam var idi və yüngül başağrısı hiss etdikdən sonra verdiyim antigen testi müsbət çıxdı. PCR test nəticələrini gözləsəm də, özümü karantinə alaraq mövcud protokolları izləyirəm və həkimimin göstərişlərinə əməl edirəm”.

Son 48 saat ərzində təmasda olduğu insanlarla danışan Fernandez, "Fiziki cəhətdən yaxşıyam, ad günümü bu xəbər olmadan bitirmək istəsəm də, əhval-ruhiyyəm yaxşıdır. Bu gün doğum günümü xatırlayaraq mənə göstərilən sevgi nümayişi üçün təşəkkür edirəm”, - deyə əlavə edib.

Qeyd edək ki, 62 yaşlı Alberto Fernandez bu ilin yanvarın 21-də COVID-19 peyvəndinin ilk dozasını qəbul edib. Onu da bildirək ki, bundan əvvəl  Pakistan prezidenti Arif Alvi də yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edildikdən 10 gün sonra virusa yoluxmuşdu.
 
Əzizə
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR