Logo

Bahar festivalı qanlı bitdi: 41 nəfər öldü, 38 nəfər yaralandı

Bahar festivalı qanlı bitdi: 41 nəfər öldü, 38 nəfər yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hindistanda festival zamanı 41 nəfər ölüb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanda koronavirus tədbirlərinə baxmayaraq keçirilən ənənəvi "Holi” bahar festivalında izdiham səbəbilə 41 nəfər ölüb.

Festivalı zamanı yaşanan şiddət və qəzalar nəticəsində 38 nəfər isə yaralanıb.

Hindlilər arasında xeyirin şər üzərində qələbəsini təmsil edən "Holi” festivalı eyni zamanda qışın bitməsini və baharın başlanğıcını simvolizə edir. Festivaldan bir gün öncə tonqallar qalayan hindlilər burada müxtəlif dini ayinlər icra edirlər. Festival günü təşkil edilən tədbirlərdə onlar bir-birilərini isladır və rəngli tozlar atırlar. Bu səbəbdən "Holi" bir çox ölkədə rəng festivalı olaraq tanınır.

"Holi” əsasən Hindistan, Nepal və Şri-Lankada keçirilir.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR