Ağ Ev ÜST-ün koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi

Ağ Ev ÜST-ün koronavirusun mənşəyi ilə bağlı məruzəsini tənqid etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məruzəsi COVID-19-un mənşəyini aydınlaşdırmadı.

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"Bizim ekspertlərimiz ondan narahatdır ki, hər hansı bir fərziyə üçün əlavə dəstək yoxdur. Mənşə ilə əlaqəli altı-doqquz ay əvvəl baş verənlərlə müqayisədə anlayışa və ya daha çox biliyə yaxın olmamışıq. Eyni zamanda bunun qarşısını necə almağımıza dair heç bir göstəriş və tövsiyə yoxdur, halbuki gələcəkdə bu da lazımdır", - Psaki deyib.

Bundan başqa, o, Çini virusun mənşəyinin səbəbləri üzrə qeyri-şəffaflıqda ittiham edib. "Onlar şəffaf deyildilər, məlumatları vermədilər. Bunu əməkdaşlıq adlandırmaq olmaz", - Psaki deyib.

Dünən məlum olub ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir. "The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar. Materialda qeyd edilir ki, mütəxəssislər virusun harada və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...