Ağ Ev: ÜST-ün korona hesabatını araşdırırıq
Kateqoriya məlum deyil
Amerikanın müxtəlif qurumlarının ekspertləri ÜST-ün koronavirusun mənşəyi ilə bağlı hesabatını araşdırırlar.
Sfera.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.
"Administrasiyamızda xeyli mütəxəssislər var. Biz bu hesabatı dəqiqliklə və sürətli şəkildə öyrənəcəyik. Araşdırma bitənə qədər gözləyəcəyik. Müstəqil və texniki cəhətdən etibarlı araşdırmanın üzərində dayandığımızı açıq şəkildə bildirdik. Araşdırmadan sonra növbəti addımlar dəyərləndiriləcək”, - deyə Psaki bildirib.






