Dünya quruyur - FOTO

Dünya quruyur - FOTO

Dünya daha bir qlobal problemin - daxili su hövzələri sayılan göllərin və çayların quruması problemi ilə üzləşib. Xüsusən Aral və Ölü dənizin, Çad və Urmiya göllərinin quruması dünya ictimaiyyətini narahat edən ekoloji problemlərdir.

BMT bu fəlakətlərin qarşısını almaq üçün "Afrika, Yaxın Şərq və Mərkəzi Asiyanın quruyan dənizləri üçün virtual laboratoriya" layihəsinə start verib. Məqsəd həmin su hövzələrinin yox olmasının qarşısını almaqdır.

Ekspertlər su hövzələrinin qurumasının qlobal miqyaslı ekoloji fəlakət olması ilə yanaşı, insanların həyat səviyyəsinə, regionun sosial-iqtisadi inkişafına və təbiətinə ağır zərbə vuracağını düşünür.

Milli.Az modern.az-a istinadən dünyanın qurumaqda olan göllərinin siyahısını təqdim edir.

Aral dənizi - Qazaxıstan və Özbəkistan arasında yerləşən duzlu göl

Mərkəzi Asiya regionundakı torpaq sahələrinin suvarılması üçün ötən əsrin 50-60-cı illərində başladılan suvarma kampaniyası Aral dənizinin suyundan kəskin istifadə olunmasına yol açmışdı. Bura axan çayların qarşısının kəsilməsi nəticəsində yayda buxarlanma hesabına 1 metrə qədər səviyyə itirən su hövzəsi həmin itkini axar çaylar hesabına kompensasiya edə bilmirdi.

Baş verənlər istər Aral dənizinin sahəsinə, istərsə də onun balıq aləminə təsirsiz ötüşmədi.

1961-ci ildə 66 min kvadrat kilometr sahəsi olan Aral dənizi 2010-cu ildə 13,9 min kvadrat kilometrə qədər kiçilib. 1989-cu ildən su hövzəsi Böyük və Kiçik göllərə bölünüb.

Böyük Duzlu göl - ABŞ-ın qərbində (Yuta ştatı) yerləşən duzlu göl

Dəniz səviyyəsindən 1280 metr yüksəklikdə yerləşən Böyük Duzlu göl Buz dövründə mövcud olmuş Bonnevil gölünün qalığıdır. Bataqlıq və səhralıq ərazidə yerləşən su hövzəsinin sahəsi 4,3 min kvadrat kilometrdir. Lakin iqlimdən, xüsusən yay mövsümündə temperaturdan asılı olaraq onun sahəsi 2,5 min kvadrat kilometrdən 6,2 min kvadrat kilometrə qədər dəyişir. 1900-cu ildə quruyan Böyük Duzlu göl 1935-ci ildən başlayaraq yenidən bərpa olunmağa başlamışdı.

Çad gölü - Sudan, Çad və Kamerun dövlətlərinin ərazisində yerləşən azduzlu göldür

Çad gölü dəniz səviyyəsindən 250 metr yüksəkdə yerləşir. Kamu və Komaduqu-Yobe çaylarının axdığı göl öz sahəsinin və sahil zolağının daimi olmaması ilə fərqlənir.

Sahəsi 10 mindən 26 min kvadrat kilometrə qədər dəyişən göl adətən, səhralaşma və quraqlıqdan əziyyət çəkir. Gölün suyundan sahilyanı sakinlər geniş istifadə edir.

Urmiya gölü - duzlu göldür

İranın şimal-qərbində yerləşən Urmiya gölü dəniz səviyyəsindən 1275 metr yüksəkdə yerləşir. Sahəsi 5,2 min-6 min kvadrat kilometr arasında dəyişən su hövzəsi 140 kilometr uzunluğa, 50 kilometr enə malikdir. Onun maksimal dərinliyi 14 metrdir.

Sahilləri çöl və səhra tipli torpaqlarla əhatələnən göl ciddi quraqlıqdan əziyyət çəkir. Gölə axan ən böyük Caqatu çayından isə suvarma kanallarının çəkilməsində istifadə olunması problemi daha da ağırlaşdırır.   

Yueçyuan gölü - Çində yerləşən şirinsulu göl

Yueçyuan gölü Qobi səhrasında, Çinin Dunxuan şəhərinin 6 kilometrliyində yerləşir. Ayparanı xatırladan göl hər tərəfdən səhra təpələri ilə əhatə olunub.

1970-ci ildə gölə axan Danq çayında su anbarının inşası gölün su balansını pozmuş və nəticədə çayın dərinliyi 1,3 metrdən 0,9 metrə qədər düşmüşdü.

Sahəsi də 5,5 min kvadrat metrə qədər azalan Yueçyuan gölü 2006-cı ildə Çin hökumətinin dəstəyi ilə əvvəlki səviyyəsinə qaytarılmağa başlamışdı.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...