Ərdoğan Qətərin baş diplomatı ilə görüşdü
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə görüşüb.
Sfera.az xəbər verir ki, mətbuata qapalı şəkildə keçən görüş 2 saata yaxın davam edib.
Görüşdə Türkiyə və Qətər arasında ticarət həcminin artırılması, yeni əməkdaşlıq imkanları, koronavirusla mübarizə və regional məsələlər müzakirə edilib.






