Logo

Ötən il dünyada 21 müharibə baş verib - Son 6 ilin rekordu

Ötən il dünyada 21 müharibə baş verib - Son 6 ilin rekordu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2020-ci ildə dünyada yaşanan müharibələrin sayı açıqlanıb.

Sfera.az xəbər verir ki, "Heidelberg” Beynəlxalq Münaqişə Araşdırmaları İnstitutunun illik hesabatına görə ötən il dünyada 21 müharibə baş verib.

"Münaqişə Barometri 2020” adlı araşdırma hesabatında ölkələr, etnik və siyasi qruplar arasındakı silahlı qarşıdurmaların ümumi sayı 220 olaraq qeyd edilib.

İnstitut keçən il başlayan və ya yenidən alovlanan müharibələrin Cənubi Yəmən, Dağlıq Qarabağ, Konqo Demokratik Respublikası, Mozambik, Cənubi Sudan və Efiopiyada baş verdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, müharibə və münaqişələr əsasən Afrika ölkələrində daha çoxluq təşkil edir. Bu bölgədə qeydə alınan müharibələrin sayı 11 olsa da, bunlardan 5-i əvvəllər başlayan və keçən il yenidən alovlanan müharibələrdir. Siyahıda Yaxın və Orta Şərqdə Əfqanıstan, Liviya, Suriya, Yəmən, eləcə də terrorçu qruplaşmalarla Türkiyə arasındakı münaqişələr yer alır.

Amerika qitəsində Meksika və Braziliyadakı narkotik müharibələri yenidən alovlanan müharibələr kimi qeydə alınıb.

Təşkilat 2019-cu ildə dünyadakı müharibələrin sayının 15 təşkil etdiyini açıqlamışdı. Hesabata əsasən keçən il qeydə alınan müharibələrin sayı 2014-cü ildən bəri ən yüksək həddə olub.

Qeyd edək ki, "Heidelberg” Beynəlxalq Münaqişə Araşdırmaları İnstitutunun, 1991-ci ildən bəri dünyadakı böhranlar, qarşıdurmalar və müharibələrə dair illik hesabat hazırlayır. Hesabatın hazırlanmasına dünyanın müxtəlif ölkələrindən 200-dən çox alim iştirak edir.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR