Logo

Korona vaksinasiyası AB-ni parçalaya bilər - Kurts

Korona vaksinasiyası AB-ni parçalaya bilər - Kurts
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Koronavirus əleyhinə peyvəndlərin AB arasında bərabər paylanmaması Avropanın parçalanmasına gətirib çıxara bilər.

Sfera.az xəbər verir ki, bunu Avstriya kansleri Sebastyan Kurts deyib. O, preparatların yanvarda əldə olunmuş razılığa uyğun olaraq əhali sayına görə yox, əvvəllər sifariş edilmiş sayda tədarük edildiyini bildirib:

"Biz maraqlı ola bilmərik ki, Avropa Birliyində parçalanma əhalinin peyvəndlənməsi ucbatından daha da artsın və beləliklə AB-də ikinci sort ölkələr yaransın. Əgər situasiyanı həll etmək mümkün olmazsa, AB-nin çox ölkələrində kollektiv immunitetə çatmaq mümkün olmayacaq. Bəzi ölkələrdə bu, planlaşdırıldığı kimi mayda yox, yayda olacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR