Logo

Miqrantları daşıyan gəmidə yanğın: 60 nəfər həlak oldu

Miqrantları daşıyan gəmidə yanğın: 60 nəfər həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Miqrantları Aralıq dənizi vasitəsilə Liviyadan Avropaya daşıyan gəmidə güclü yanğın baş verib.

"Al-Arabiya” telekanalı xəbər verir ki, yanğın nəticəsində gəminin göyərtəsində olan 100-ə yaxın miqrantdan 60-ı həlak olub.

Qeyd olunur ki, yanğın gəminin mühərrikində başlayıb və qısa müddət ərzində bütün gəmini öz cənginə alıb.

Miqrantlar suya tullanmaq məcburiyyətində qalıb, lakin onların əksəriyyəti üzə bilməyib və boğularaq həlak olublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR