ABŞ körfəzdə 3 ölkə ilə hərbi təlimə başladı
Kateqoriya məlum deyil
ABŞ Ərəbistan dənizində və Oman körfəzində 3 ölkə ilə genişmiqyaslı hərbi təlimə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "İndependent" nəşri məlumat yayıb.
Məlumata əsasən, Ərəb Dəniz Hərbi Təlimi adı altında keçirilən hərəkatda Fransanın "Şarl de Qoll” təyyarədaşıyan gəmisi, ABŞ-ın amfibiya hücum gəmisi "USS Makin İsland", Belçikanın "HNLMS Leopold 1" və Yaponiyanın "JS Ariake" hərbi gəmisi iştirak edir.






