Logo

Ərdoğan Sloveniyaya minnətdarlığını bildirdi

Ərdoğan Sloveniyaya minnətdarlığını bildirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sloveniyalı həmkarı Borut Pahor arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, liderlər Türkiyə-Sloveniya münasibətlərini müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-Sloveniya Razılaşmasının imzalanmasının 10-cu ildönümündə bütün istiqamətlər üzrə inkişafın getdiyini bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə və Sloveniya arasında ticarət və iqtisadi əlaqələr böyük potensiala malikdir.

Türkiyə lideri həmçinin ölkəsinin Avropa Birliyinə üzvlük məsələsində dəstəyə görə Sloveniyaya minnətdarlığını ifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR