Co Bayden NASA rəhbərliyinə namizədini açıqladı

Dünya
22:53 / 19.03.2021
2570
ABŞ Prezidenti Co Bayden keçmiş konqresmen Bill Nelsonu NASA rəhbərliyinə namizəd göstərib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.
NASA-nın direktoru senat tərəfindən təsdiqlənməlidir. Nelsonun namizədliyi senatın profil komtəsinin dəstəyini almalı, həmçinin, senat səsverməsindən keçməlidir.
Bill Nelson- peşəkar vəkil və siyasətçidir. O, 1986-cı ildə kosmosa səyahət edən ikinci aktiv konqres üzvü olub. Nelson NASA-nn altıgünlük missiyası çərçivəsində kosmosda bir sıra elmi təcrübələr aparıb.