Türkiyədə gündəlik yoluxma sayı 21 mini ötdü

Dünya
22:42 / 19.03.2021
2518
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
Sfera.az xəbər verir ki, bu gün 87 nəfər pandemiyadan ölüb.
Gün ərzində 187 min 859 koronavirus testi aparılıb, onlardan 21 min 30-u müsbət çıxıb.
Ağır xəstə sayı 1547-ə çatıb.
Bu gün 18 min 119 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 2 milyon 788 min 757-yə çatıb.