İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir
Kateqoriya məlum deyil
İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilir.
Sfera.az xəbər verir ki, aksiyada 300-dən çox şəxs iştirak edir. Onlar baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirirlər.
Müxalif "Daşnaksütyun” partiyasının nümayəndəsi, keçmiş iqtisadiyyat naziri Artsvik Minasyan aksiyadan əvvəl iştirakçılara müraciət edib.
Əraziyə polislər nəzarət edir. Polis Baqramyan prospektinin Proşyan küçəsinə qədər olan hissəsini bağlayıb.






