Ermənistanın rəsmi xəbər agentliyinin saytı dağıdıldı
Kateqoriya məlum deyil
Azərbaycanlı hakerlər Ermənistanın "Armenpress" rəsmi xəbər agentliyinin saytını sındırıblar.
Sfera.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, hakerlər sayta nəzarəti ələ keçirərək Azərbaycan Prezidenti İlham Əliyevin Valday konfransındakı çıxışını, Milli Qəhrəman Mübariz İbrahimovun fotosunu yerləşdiriblər.






