Ən uğurlusu Bakının bu layihəsidir - Koffi

Ən uğurlusu Bakının bu layihəsidir - Koffi
Tanınmış qərb politoloqu, Daqlas və Sarah Ellison Xarici Siyasət Mərkəzinin direktoru Lük Koffi Səudiyyə Ərəbistanının "Arabnews” qəzetinə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri barədə analitik məqalə yazıb.

Sfera.az xəbər verir ki, "Şimal axını 2” layihəsinin arxasında siyasətlər” sərlövhəli məqalədə Cənub Qaz Dəhlizi, Trans-Xəzər qaz kəməri və "Üç dəniz ölkələri” təşəbbüsünün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd edilib.

Müəllif vurğulayıb ki, 7 ölkənin ərazisindən keçən və 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi indiyədək həyata keçirilən enerji layihələrinin ən uğurlusudur. Ötən ilin sonunda bu dəhliz vasitəsilə yola salınan təbii qaz geosiyasi əhəmiyyətə malikdir. Orta Asiyadan "mavi yanacağı” Avropaya nəqlə edəcək Trans-Xəzər qaz kəməri isə enerji mənbələrinin şaxələndirilməsi baxımından çox mühümdür və Avropa İttifaqı bu layihədə aparıcı rolunu təmin etməlidir.

"Rusiya və İran ərazisindən keçməyən bu kəmər Xəzər dənizinin qaz ehtiyatlarını Avropaya nəql edəcək ən sərfəli marşrutdur”, - deyə politoloq diqqətə çatdırıb.

L.Koffi yazıb ki, transatlantik icma yaxın gələcəkdə Azərbaycan və Türkmənistanı Xəzər dənizindəki iki böyük qaz yatağının birləşdirilməsi üçün interkonnektor inşa etməyə həvəsləndirməlidir.

 (Axar.az)

OXŞAR XƏBƏRLƏR

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...