Logo

Boliviyanın keçmiş prezidenti saxlanıldı

Boliviyanın keçmiş prezidenti saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Boliviyanın sabiq prezidenti Janin Anyes dövlətə xəyanət və terrorçuluq ittihamları ilə saxlanılıb.

Sfera.az-ın məlumatına görə, bunu ölkənin daxili işlər naziri Eduardo del Kastilyo bildirib.

Nazir bildirib ki, sabiq prezident polis tərəfindən sorğu-sual olunur.

Qeyd edək ki, ötən gün Boliviyanın keçmiş ədliyyə naziri Ayvaro Koimbra və keçmiş energetika naziri Rodriqo Qusman dövlət çevrilişi ilə bağlı saxlanılmışdı.

Ölkə prokurorluğunun verdiyi açıqlamaya görə, çevriliş 2019-cu ilin noyabr ayında baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR