Logo

XİN: Səfir Andrey Karlovun qətli ilə bağlı verilən hökmdən razıyıq

XİN: Səfir Andrey Karlovun qətli ilə bağlı verilən hökmdən razıyıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiya Türkiyə məhkəməsinin səfir Andrey Karlovun qətli ilə bağlı verdiyi hökmdən razıdır.

Sfera.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Müasir Rusiya-Türkiyə münasibətləri tarixində ağır iz qoymuş bu faciəli hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə və məhkəmə sistemlərinin nəhayət qərar verməsi sevindiricidir", - deyə bəyanatda vurğulanıb.

Rusiya XİN-dən o da bildirilib ki, Rusiya Türkiyədən səfir Karlov sui-qəsdinin birbaşa sifarişçiləri və təşkilatçıları barədə məlumat alacağına ümid edir: "Rusiya və Türkiyə istintaq orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsinə və məhkəmənin nəticələri, bu terror aktının birbaşa sifarişçiləri və təşkilatçıları barədə hərtərəfli məlumatların Ankaradan alınacağına ümid edirik".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR