Logo

Ermənistanın sabiq Baş Qərargah rəisi vəzifəyə gətirildi

Ermənistanın sabiq Baş Qərargah rəisi vəzifəyə gətirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Artak Davtyan yeni vəzifəyə təyin edilib.

Sfera.az azvision.az-a istinadən xəbər verir ki, Davtyan Baş Qərargahın xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsinə təyin olunub. Təyinat müdafiə naziri Vaqarşak Arutyunyanın əmri ilə həyata keçirilib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Xatırladaq ki, Davtyan 2020-ci ilin iyun ayında əvvəlki vəzifəsindən istefa verib. Bunun mümkün səbəbi kimi Baş Qərargahın keçmiş rəisinin fövqəladə vəziyyət şəraitində oğluna toy etməsi göstərilib. Daha sonra o, hərbi-sənaye komitəsinin sədri vəzifəsində çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR