Logo

Ermənistan Baş Qərargahının rəis müavininə qarşı ittiham irəli sürüldü

Ermənistan Baş Qərargahının rəis müavininə qarşı ittiham irəli sürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, general-leytenant Andranik Makaryana qarşı ittiham irəli sürülüb.

Sfera.az  xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” Baş Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, Makaryan İstintaq Komitəsinin əsas hərbi istintaq şöbəsində araşdırılan cinayət işlərindən birində təqsirləndirilən şəxs qismində ittiham olunur.

"Cinayət işi və ittihamın məzmunu barədə ilkin istintaq məlumatlarının məxfiliyinə əsaslanaraq əlavə məlumat verə bilmərik”,- deyə Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryan açıqlamasında bildirib.

Qeyd edək ki, A. Makaryan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın təşəbbüsü ilə yayımlanan və Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanata qoşulmayan dörd yüksək rütbəli hərbçidən biridir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR