Ukrayna \"Eurovision\"la bağlı qərarını verdi

Ukrayna \
Ukrayna "Eurovision" 2017--dən imtina etməyəcək.
 

Sfera.az APA-ya istinadən bildirir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman "1+1" telekanalına müsahibəsində bəyan edib.

"Biz heç bir halda "Eurovision"dan imtina etməyəcəyik. Bu, bizim üçün böyük şərəfdir. Hökumət beynəlxalq müsabiqənin peşəkar səviyyədə keçirmək üçün maksimal səy göstərəcək", - deyə V.Qroysman bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk sərf ediləcək xərcləri nəzərə alaraq müsabiqəyə sahiblik hüququnu digər ölkəyə verilə biləcəyini bildirmişdi

Onu da qeyd edək ki, "Eurovision"-2016 müsabiqəsinin finalı mayın 14-də İsveçin paytaxtı Stokholmda baş tutub. Müsabiqədə ukraynalı müğənni Camala qalib gəlib.



OXŞAR XƏBƏRLƏR