Tac Mahal minalanıb? - Min nəfər təxliyə edildi
Kateqoriya məlum deyil
Səhər saatlarında Hindistanın Aqra şəhərindəki (Uttar Pradeş ştatı) Tac Mahal məqbərəsindən 1 000 nəfər turist təxliyə edilib.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, onların partlayış təhlükəsi səbəbindən təxliyə olunduqları açıqlanıb.
Belə ki, naməlum şəxsin məkanı minalaması ilə bağlı zəngindən sonra təcili evakuasiya baş tutub.
Hazırda Tac Mahal kompleksi polis tərəfindən mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri məkanda partlayıcı qurğu axtarışı ilə məşğuldur.
Ülvi
Sfera.az






